Premyer Liqada yeni rekordçu
18.09.2022 - 22:02
“Arsenal”ın futbolçusu İtan Nuanyeri Premyer Liqanın tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi turnirin tarixində meydana çıxan ən gənc oyunçu olub.
O, “Brentford”da bugünkü qarşılaşmada şans qazanıb. Nuanyeri 15 yaş 5 ay 25 günlüyündə debüt edib. O, 90+2-ci dəqiqədə Bukayo Sakanı əvəz edib.
Bunadək rekord Harvi Elliotta məxsus idi. O, “Liverpul”la Premyer Liqada debüt edəndə 16 yaş 30 günlük olub.
Qeyd edək ki, “Brentford”un qonağı olan “topçular” üç cavabsız qolla qələbə qazanıb.
- “Karvan”ın yeni vitse-prezidenti bəlli olub
- Fariolidən "Alanyaspor"a jest - İlk şansını verən prezidenti unutmadı
- Musa Qurbanlı: "Poqon" haqda mənə məlumat verilməmişdi" – MÜSAHİBƏ
- "Şamaxı" "Zirə"ni darmadağın etdi - 5:2
- Qurban Qurbanov: "Ayxan Abbasovun komandasına qarşı oynamaq heç vaxt asan olmayıb"
0
0