Premyer Liqadan La Liqaya - RƏSMİ
23.08.2025 - 11:45
Premyer Liqadan La Liqaya - RƏSMİ

"Jirona" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Aston Villa"da çıxış edən Aleks Morenonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqa təmsilçisi 32 yaşlı sol cinah müdafiəçisi üçün qarşı tərəfə 2 milyon avro ödəyib. İspaniyalı futbolçu ilə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Aleks Moreno ötən mövsüm icarə əsasında "Nottingem Forest"də çıxış edib.