Premyer Liqanı Bundesliqaya dəyişdi
03.06.2025 - 22:27

Almaniya Bundesliqa təmsilçilərindən "Bayer" heyətini yeni qolkiperlə ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Brentford"dan Mark Flekkeni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı qapıçı ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Niderland millisinin üzvü başa çatan mövsümdə "Brentford"un heyətində 39 rəsmi matçda iştirak edib.
0
0