Premyer Liqaya yüksələn iki klub bəlli olub
21.04.2025 - 23:20
İngiltərə Premyer Liqasında 2025/26 mövsümündə çıxış edəcək iki klub bəlli olub.
Apasport.az xəbər verir ki, bu haqqa "Lids" və "Bernli" sahib çıxıb.
Hər iki komanda Çempionşipin XL turunu qələbə ilə başa vurub.
Bununla da, kollektivlərin hər ikisinin hesabında 94 xal olub. Onlar ən yaxın izləyicilərini 8 xal qabaqlayırlar.
Qeyd edək ki, Premyer Liqaya vəsiqə qazanacaq 3-cü klubun adı 3-6-cı yerləri tutan komandalar arasında keçiriləcək pley-off oyunlarından sonra bəlli olacaq.
- Gənclər arasında Azərbaycan birinciliyi start götürdü
- Azərbaycan – Tacikistan oyununun hakimləri müəyyənləşib
- “Bir oyunda 2 standart vəziyyətdən qol buraxmaq məsuliyyətsizlikdir”
- Şahin Bağırov Naxçıvanda yeniyetmə qız voleybolçular və məşqçilərlə görüşüb
- Tbilisi Böyük Dəbilqəsinə 11 cüdoçumuz yollanacaq
0
0