PSJ-də ciddi itki
30.04.2026 - 23:23
PSJ-də ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın qapıçısı Lukas Şevalye zədələnib.
O, səhər məşqində sağ budundan xəsarət alıb.
Qolkiperin Çempionlar Liqasının yarımfinal mərhələsinin "Bavariya" ilə cavab matçını buraxacağı bildirilir.
Şevalyenin yaxın günlərdə müalicəyə başlayacağı bildirilir.
Qeyd edək ki, "Bavariya" - PSJ matçı mayın 6-da saat 23:00-da start götürəcək.
0
0