PSJ-də daha iki itki
03.02.2023 - 17:13

PSJ-nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb.
Neymar və Serxio Ramos “Tuluza” ilə Liqa1-in sabah keçiriləcək matçını buraxacaq. Hər iki oyunçu hələlik fərdi hazırlıq keçir. Ulduzların gələn həftə komanda məşqlərinə qatılacağı gözlənilir.
Onlara qədər Kilian Mbappenin də sıradan çıxdığı dəqiləşib. Hücumçu üç həftə oynamayacaq.
Qeyd edək ki, Ramos “Monpelye” ilə matçda zədələnib. Neymar isə həmin görüşü də zədə üzündən buraxıb.
- Musiala Havertz və Virtsi qabaqlayıb
- İngiltərədə ən yaxşı baş məşqçisi müəyyənləşib
- Roman Qriqorçuk: “Neftçi”nin yüksək hədəflərə çatması üçün Bauerin çox köməyi dəyəcək”
- Barış Şimşək Hakimlər Komitəsinin sədri vəzifəsindən göndərildi
- "Prezident Kuboku-2025” Füzuli, Mingəçevir və Suqovuşanda keçiriləcək
0
0