PSJ-də DÇ-2022 üçün güzəşt olmadı
12.11.2022 - 14:07
PSJ-nin baş məşqçisi Kristof Qaltye DÇ-2022 öncəsi heç bir futbolçuya istirahət verməyib.
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Fransa Liqa1-in XV turunda “Oser”lə matçda sağlam oyunçuların hamısının sərəncamında olmasını tapşırıb.
Qaltye bildirib ki, heç bir futbolçu dünya çempionatına görə istirahət etmək arzusunda olduğunu və “Oser”lə sabahkı qarşılaşmanı buraxmaq istədiyini ona bildirməyib. Daha əvvəl argentinalı hücumçu Lionel Messinin istirahət etmək istədiyi yazılırdı.
Qeyd edək ki, sabahkı PSJ – “Oser” oyunu Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
- Şakira Pikeyə mahnı oxudu: “Sənin kimi oğlanlar üçün deyiləm”
- Stolüstü tennisçimiz Türkiyədə bürünc medal qazanıb
- “Neftçi” Mirzovun transferini açıqladı
- “Neftçi”də oynamış erməni futbolçu ilə “EKSKLÜZİV MÜSAHİBƏ”
- Tural Axundov: "İlqar Nadiri ilə işləməkdənsə, klubsuz qalaram, daha yaxşıdır" - Müsahibə
0
0