PSJ-dən 25 milyonluq transfer
30.08.2022 - 00:00
![PSJ-dən 25 milyonluq transfer](https://ww3.apasport.az/storage/news/2022/august/29/big/630c5dd435f8a630c5dd435f8b1661754836630c5dd435f87630c5dd435f89.jpg)
“Napoli”nin futbolçusu Fabian Ruis karyerasını Fransada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçi PSJ-yə keçəcək.
Liqa1 təmsilçisi Ruisin keçidinin detallarını razılaşdırıb. Paris klubu onun transferi üçün 25 milyon avro ödəyəcək. Fabianın özü ilə 5 illik anlaşma imzalanacaq.
Qeyd edək ki, PSJ-nin yarımmüdafiəçisi Ander Errrera “Atletik”ə icarəyə verilib.
0
0