PSJ-dən 40 milyonluq transfer
30.06.2022 - 14:37
![PSJ-dən 40 milyonluq transfer](https://ww3.apasport.az/storage/news/2022/june/30/big/62bd7d5cec89862bd7d5cec899165658556462bd7d5cec89662bd7d5cec897.jpg)
“Porto”nun yarımmüdafiəçisi Vitinya karyerasını Fransada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 22 yaşlı orta sahə oyunçusu PSJ-yə keçib.
Klublar Portuqaliya millisinin üzvünün transferi üçün 40 milyon avroya anlaşıblar. Hətta əksər sənədlər də artıq imzalanıb. Vitinya Fransa çempionunda tibbi müayinədən keçdikdən sonra 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Vitinya ötən mövsüm “Porto”nun heyətində bütün turnirlərdə 47 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə verib.
0
0