PSJ-dən “Yuventus”a rest: O icarəlik deyil
03.07.2025 - 17:54
PSJ-dən “Yuventus”a rest: O icarəlik deyil

“Yuventus” yanvar ayında PSJ-dən icarəyə götürdüyü Kolo Muaninin icarəsini uzatmaq üçün fransızlarla razılığa gələ bilmir. 

Apasport.az xəbər verir ki, "Yuventus" 26 yaşlı hücumçunun icarə müddətini satın alma maddəsi ilə uzatmaq istəsə də, qarşı tərəf bu təklifə isti baxmır.

Muanini birdəfəlik satmaq niyyətində olan Fransa çempionu “qoca sinyora”dan transfer üçün 45 milyon avro tələb edir. "Yuventus" isə maliyyə şərtləri imkan vermədiyindən futbolçunu daha 1 il icarəyə götürmək istəyir. 

Liqa 1 klubu bu danışıqları uzatmaq yerinə Fransa millisinin üzvünü başqa klublara birdəfəlik satmaqdan yanadır.

Qeyd edək ki, PSJ-nin 2 il öncə “Ayntraxt”dan 90 milyon avroya aldığı Kolo Muani ilə İngiltərə və Türkiyə klubları da yaxından maraqlanır.