PSJ Donnarummanı buraxmaq istəmir
21.09.2023 - 10:03
PSJ qapıçısı ilə müqavilənin müddətini artırır.
Apasport.az saytı xəbər verir ki, fransızlar 24 yaşlı Canluici Donnarummanı heyətində saxlamaq istəyir.
Bu məqsədlə, İtaliya millisinin də çərçivəsini qoruyan qapıçı ilə danışıqlara start verilib. Parisdəki həyatından razı olan Canluici də komandada qalmaqdan yanadır. Avropanın bir çox top klubları italyan qolkiperin ətrafındakı vəziyyəti diqqətlə izləyir.
Qeyd edək ki, 2021-ci ildən paytaxt klubunun şərəfini qoruyan Donnarummanın PSJ ilə müqaviləsi 2026-cı ilin yayında bitəcək.
- İslam Oyunları: Cüdoçumuz finala yüksəlib
- Avropa çempionatı: Millimizin seçmə mərhələ üçün heyəti bəlli olub
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millimizin üzvü oynamadı, komandası bir xal qazandı
- İspaniya Kral Kuboku: 1/4 final mərhələsinin cütlükləri bəlli olub
0
0