PSJ Messiyə əvəzləyici tapdı
15.10.2022 - 10:01
PSJ-nin hücumçusu Lionel Messi mövsümün sonunda “Barselona”ya qayıtmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, Fransa klubu bu vəziyyətlə artıq barışıb.
Bu üzdən parislilər argentinalının yerinə yeni oyunçu axtarışına çıxıb. PSJ rəhbərliyi “Atletiko”nun hücumçusu Joao Feliksin Leonu layiqincə əvəz edəcəyini düşünür. Onlar Portuqaliya millisinin üzvünün Madrid təmsilçisində potensialını tam aça bilmədiyini hesab edir.
Qeyd edək ki, Lionel Messi gələcəyi ilə bağlı yekun qərarını Qətərdə keçiriləcək dünya çempionatından sonra verəcəyini söyləyib.
- Georgi Kondratyev: “Epizodlara baxanda heyrətə gəlirəm”
- AFFA “Qarabağ” və “Qəbələ”ni cərimələdi
- "Lənkəran"ın baş məşqçisi: "Quba" ilə matçlar həmişə çətin keçir"
- Türkiyə klubunda ata-oğul transferləri – Övladlarını komandaya gətirdilər
- Şəhriyar Əliyev: “Messiyə görə bu dəfə Argentinaya azarkeşlik edəcəyəm”
0
0