PSJ-nin müdafiəçi İngiltərə klublarının hədəfində
13.09.2026 - 14:48
PSJ-nin müdafiəçi İngiltərə klublarının hədəfində

PSJ-nin müdafiəçisi Villian Paço karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Mançester Siti" və "Arsenal" ekvadorlu futbolçunun xidmətində maraqlıdır.

Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, hər iki klub qarşıdakı transfer pəncərəsində 24 yaşlı mərkəz müdafiəçisi üçün hərəkətə keçməyi planlaşdırır.

Qeyd edək ki, PSJ Villian Paçonu 2024-cü ilin yayında "Ayntraxt"dan 40 milyon avroya transfer edib. Ekvador millisinin üzvü cari mövsümdə Paris təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.