PSJ-nin PLANI
22.03.2023 - 12:13
PSJ yayda heyəti gücləndirməyi planlaşdırır.
Apasport.az saytı xəbər verir ki, Paris klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silvaya elçi düşüb.
İngiltərə təmsilçisi "Barselona"nın da maraq dairəsində olan 28 yaşlı futbolçunu 90 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.
Qeyd edək ki, Portuqaliya millisinin də şərəfini qoruyan Silva bu mövsüm "şəhərlilər"in heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Mançester təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
- Maqomed Kurbanov: “Milli maksimum üç xal qazanacaq” - MÜSAHİBƏ
- Rahid Əmirquliyev: “De Byazini indidən göndərsəydilər, vaxt itkisi olmazdı”
- Vüsal İsgəndərli: “Yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək”
- "Fənərbaxça"ya növbəti təklif: Əvvəl Premyer Liqa klubu, indi isə İtaliya nəhəngi
- Benzia 59 dəqiqə oynadı, komandası uduzdu
0
0