PSJ-nin qapıçısı “Əl-Hilal”ın hədəfində
16.08.2023 - 11:47
![PSJ-nin qapıçısı “Əl-Hilal”ın hədəfində](https://ww3.apasport.az/storage/news/2023/august/16/big/64dc7f66ecf4464dc7f66ecf45169217213464dc7f66ecf4264dc7f66ecf43.webp)
PSJ-nin daha bir futbolçusu “Əl-Hilal”a keçə bilər.
Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanı klubu Keylor Navasın xidmətində maraqlıdır.
Fransa təmsilçisi də 36 yaşlı qapıçını satmağa razıdır. Ötən mövsümü “Nottinhem Forest”də icarədə olan Navas PSJ-də üçüncü qapıçı sayılır. Qapıçının parislilərlə anlaşması 2024-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, “Əl-Hilal” PSJ-nin ulduzu Neymarı transfer edib.
0
0