PSJ "Mançester Yunayted"in hücumçusu Markus Reşfordu transfer etməyi planlaşdırmır.
Apasport.az "inews"a istinadla xəbər verir ki, PSJ artıq ingilis furbolçu ilə maraqlanmır.
Fransa çempionları hücumlarını gücləndirmək üçün başqa variantları nəzərdən keçirəcəklər.
Bundan öncə mətbuatda parislilərin yay "transfer pəncərəsi"ndə ingilis futbolçu üçün yüksək məbləğ ödəməyə razılaşdığı və "Mançester Yunayted"in forvardı satmağa hazır olduğu barədə xəbərlər yayılıb.
Markus bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 40 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı 26 yaşlı hücumçunun dəyərini 60 milyon avro olaraq qiymətləndirir.
- Benzema mövsümün ən yaxşısı seçildi
- Faiq Hacıyev: “Turan Tovuz”da meydana çıxacağım bütün görüşlərdə ən yaxşısını edəcəm" - MÜSAHİBƏ
- "Zirə"nin "Şerif"lə oyunlar üçün iştirak ərizəsi açıqlandı
- "Barselona" yeni kapitan seçir - əsas namizədin adı açıqlanıb
- XIII tur "Kəpəz"in futbolçusu üçün əlamətdar olub