PSJ səfərdə qarşısıalınmazdır
22.08.2022 - 09:30
![PSJ səfərdə qarşısıalınmazdır](https://ww3.apasport.az/storage/news/2022/august/22/big/6303149a72abc6303149a72abd16611462666303149a72ab86303149a72aba.jpg)
PSJ Fransa Liqa1-də səfər oyunları rekorduna imza atıb.
Apasport.az saytının məlumatına görə, parislilər ölkə çempionatı tarixində 6 səfər matçının hamısında azı 3 qol vurmağı bacaran ilk komanda olub.
Komanda son olaraq dünən III tur çərçivəsində “Lill”i 7:1 hesabı ilə məğlub edib. Bu qarşılaşmanın 9-cu saniyəsində fərqlənən hücumçu Kilian Mbappe isə Liqa1-in ən erkən qolunun müəllifinə çevrilib.
Qeyd edək ki, ilk 3 turda 9 xal toplayan PSJ turnir cədvəlinə başçılıq edir.
0
0