PSJ “Sportinq”in müdafiəçisini etmək istəyir
01.01.2026 - 22:10
PSJ “Sportinq”in müdafiəçisini etmək istəyir

PSJ “Sportinq”in müdafiəçisi Usman Diomandeni transfer etmək istəyir.

Apasport.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.

Fil Dişi Sahili millisinin üzvünün Portuqaliya klubu ilə müqaviləsində 80 milyon avroluq sərbəst qalma məbləği nəzərdə tutulub. Lakin 22 yaşlı mərkəz müdafiəçisinin PSJ-yə 60 milyon avroya keçə biləcəyi bildirilir.

Qeyd edək ki, “Sportinq” Usman Diomandeni 2023-cü ilin yanvarında “Midyullann”dan 14 milyon avroya transfer edib. Futbolçu bu mövsüm Lissabon təmsilçisinin heyətində 12 rəsmi matçda iştirak edib.