PSJ yeni baş məşqçini nə vaxt təqdim edəcək?
02.07.2022 - 13:46
“Nitsa”nın baş məşqçisi Kristof Qaltyenin PSJ-nin sükanı arxasına keçəcəyi tarix müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis növbəti həftənin ilk günlərindən Paris klubunda yeni işinə başlayacaq.
Fransa çempionu 56 yaşlı çalışdırıcını iyulun 4-də və ya 5-də təqdim etməyi planlaşdırır. Onunla müqavilə 2 illik nəzərdə tutulub. Qaltyenin sözləşməsində uzadılma bəndi yer almayacaq. “Nitsa” bu keçiddən 10 milyon avro gəlir götürəcək.
Qeyd edək ki, Mauritsio Poçettinonu istefaya göndərən PSJ ona 10 milyon avro təzminat ödəyəcək.
- Federasiya rəsmisi: “Elita üçün maliyyə dayanıqlılığımız var” - MÜSAHİBƏ
- Sabiq “Liverpul”lunun milyonluq malikanəsi külə döndü
- Nazim Sadıxov UFC-də rəqibinin qaşını yardı - VİDEO - FOTO
- “Zirə”nin müdafiəçisi: “Qarabağ”a qarşı oynamaq o qədər də çətin deyil” - Müsahibə
- Misli Premyer Liqası: XVIII turun təyinatları
0
0