Pulişiç İngiltərəyə qayıdır?
10.02.2026 - 22:18
"Milan"ın futbolçusu Kristian Pulişiç İngiltərəyə qayıda bilər.
Apasport.az xəbər verir ki, "Liverpul" və "Arsenal" ABŞ-li vingerlə yaxından maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddialara görə, hər iki klub 2027-ci ilin sonunda müqaviləsi başa çatacaq 27 yaşlı oyunçunu yayda heyətlərinə qatmaq üçün yarışacaqlar.
Qeyd edək ki, "Milan" ABŞ millisinin üzvü olan Pulişiçi 2023-cü ildə "Çelsi"dən 20,8 milyon avroya transfer edib. O, bu mövsüm "rassonyerilər"in heyətində iştirak etdiyi 20 rəsmi matçda 10 qol və 2 assistlə yadda qalıb.
- Rafael Ağayev: "İlk dəfə 5 raund döyüşdüm" - VİDEO
- Azərbaycan MDB Oyunlarında ikinci yeri tutdu
- Minifutbol çempionatında XI turun təqivimi bəlli olub
- DÇ-2026: Almaniya və Niderlanddan darmadağın, Çexiya pley-offda - YENİLƏNİB
- Azərbaycan Kuboku: "Səbail", "Araz-Naxçıvan" və "Sabah" 1/4 finalda - YENİLƏNİB
0
0