Pyer Kalulu yenidən zədələndi
31.10.2023 - 17:41
"Milan"ın müdafiəçisi Pyer Kalulu yenidən zədələnib.
Apasport.az xəbər verir ki, “Napoli” ilə səfər matçı zamanı sol ayağının bud vətərindən xəsarət alan futbolçu oyunu vaxtından əvvəl tərk edib.
Kalulu xəstəxanadan qayıtdıqdan bir həftə sonra zədələnib. Ehtimal olunur ki, 23 yaşlı müdafiəçi 4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Fransalı oyunçu bir ay yarımlıq yoxluqdan sonra oktyabrın 22-də “Yuventus”a (0:1), 25-də PSJ-yə (0:3) qarşı görüşlərdə iştirak edib.
Qeyd edək ki, 23 yaşlı müdafiəçi bu mövsüm 4 oyunda meydana çıxıb.
- Yunis Hüseynov: “Əliyar Ağayev haqqımızı yedi”
- Ayxan Abbasov: “Futbolçulardan İslandiyaya qarşı ilk oyunu unutmağı istəmişəm”
- Boksçularımız Gürcüstanda keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar
- Günün canlı yayımlanacaq matçları bu kanallarda
- Riad Rəfiyev jurnalistlərə qarşı - Məhkəmə qərar qəbul etdi
0
0