Fransanın "Lion" komandasının baş məşqçisi Pyer Saj Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqası matçında heyətdə rotasiya edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə yerli "Le Progres" nəşri məlumat yayıb.
Təcrübəli hücumçu Aleksandr Lyakazetti Qift Orbanın əvəzləyə biləcəyi ehtimal edilir.
Abber Vinisius və Nemanya Matic kimi aparıcı oyunçuların da bu görüşdə əsas heyətdə yer almayacağı gözlənilir.
Beləliklə, Vilfrid Zaha, Cordan Veretu və Maksans Kakre kimi az forma şansı əldə edən futbolçular Bakıda meydana çıxa bilər.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.
- Zidan 57 il sonra Braziliya millisinin ilk əcnəbi məşqçisi ola bilər
- Aziz Yıldırım yenidən prezidentliyə namizədliyini açıqladı
- Avropa Liqasında həftənin futbolçusu adına namizədlər bəlli oldu
- Premyer Liqa klubunda yeni müqavilə
- "Neftçi" azarkeşlərinin sualından Qurbanovun hakim tənqidinədək - TƏHLİL