“Aston Villa”nın futbolçuları yeni formalardan şikayətçidirlər.
Apasport.az saytı xəbər verir ki, Birmingem təmsilçisinin qadın komandasının üzvləri yeni geyimləri bəyənməyiblər.
Xanımlar yeni formaların tərlədikləri zaman bədənlərinə yapışdığını, bu vəziyyətin isə onları narahat etdiyini bildiriblər. Maraqlıdır ki, eyni problem kişilərin də formalarında müşahidə olunur. Komanda üçün geyimləri hazırlayan firma isə açıqlamasında vəziyyətdən xəbərdar olduqlarını və problemi aradan qaldıracaqlarını bildiriblər.
Qeyd edək ki, İngiltərədə qadınların mübarizəsinə oktyabrın 1-də start verilir. İlk turda “Aston Villa” evində “Mançester Yunayted”i sınağa çəkəcək.
- Gəncədə cüdo üzrə Avropa Kubokunun açılış mərasimi keçirilib
- Qəbələdə qollu bərabərlik - YENİLƏNİB
- Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 4 medal qazandı
- Rəşad Sadıqov: “Oynatdığım futbol müdafiə futbolu kimi görünürsə, şərh etməyə sözüm yoxdur”
- Fərid Qayıbov və Orxan Məmmədov millimizlə görüşdü