"Qalatasaray" dünya çempionunu istəyir
30.01.2024 - 16:29
!["Qalatasaray" dünya çempionunu istəyir](https://ww3.apasport.az/storage/news/2024/january/30/big/65b8e0174735f65b8e01747360170661480765b8e0174735b65b8e0174735d.jpg)
"Qalatasaray" transfer dönəmində sol cinah müdafiəsini dünya çempionu ilə gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, klub "Lion"da çıxış edən argentinalı cinah müdafiəçisi Nikolas Taqliafiko ilə maraqlanır.
"Sarı-qırmızılılar" 31 yaşlı futbolçu üçün Fransa klubu ilə danışıqlara başlayıb.
Bu mövsüm "Lion"da 17 matça çıxan futbolçu 1 qol, 1 asist ilə yadda qalıb.
0
0