!["Qalatasaray" gənc müdafiəçiyə təklif göndərib](https://ww3.apasport.az/storage/news/2024/july/08/big/668b81ce0a0ff668b81ce0a1001720418766668b81ce0a0fd668b81ce0a0fe.jpg)
"Qalatasaray"da yeni mövsümə hazırlıqlar davam edir.
Apasport.az xəbər verir ki, sağ cinah müdafiəçisi axtarışında olan "Qalatasaray" "Renn" forması geyən Quelo Doueyə təklif göndərib.
"Sarı-qırmızı"lar bu transferi qısa zamanda həll etmək niyyətindədir. Türkiyə nəhəngi bundan əvvəl "Mançester Yunayteddən Aaron Van-Bissaka transferini tamamlamağa nail olmayıb.
"Qalatasaray"ın müdafiəçi üçün fransa təmsilçisinə təklif etdiyi məbləğ 7 milyon avrodur. Türklər bundan əvvəl futbolçunu 6 milyona transfer etməyə çalışıb, lakin "Renn" təklifdən razı qalmayıb.
Qeyd edək ki, 21 yaşlı Quelo Douenin komandası ilə 1 illik müqaviləsi qüvvədədir.