"Qalatasaray" "İnter"in ulduzuna göz dikdi
11.08.2025 - 11:37
"Qalatasaray" "İnter"in ulduzuna göz dikdi

Türkiyə Super Liqa təmsilçisi "Qalatasaray" transfer çalışmalarına davam edir.

Apasport.az xəbər verir ki, İstanbul klubu hazırda "İnter"in formasını geyinən Benjamin Pavardı heyətinə qatmaq istəyir.

Bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Onun sözlərinə görə, "Qalatasaray" fransalı müdafiəçini yeni mövsümdə öz heyətində görmək istəyir.

Xatırladaq ki, 28 yaşlı Pavard ötən ilin yayında "Bavariya"dan "İnter"ə keçib.

Qeyd edək ki, Benjamin Pavard 2024-25 mövsümündə "İnter"də 38 oyunda forma geyinib və 1 qol vurub.