“Qalatasaray” kolumbiyalı futbolçu ilə bağlı qərarını verib
25.03.2026 - 18:55
“Qalatasaray” Yaser Asprilya ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, “sarı-qırmızılılar” kolumbiyalı vingerlə yollarını ayıracaq.
Bu barədə “AS Colombia” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, İstanbul təmsilçisi qış transfer pəncərəsində “Jirona”dan icarəyə götürdüyü kolumbiyalı futbolçunun 23 milyon avroluq satınalma bəndindən istifadə etməmək qərarına gəlib.
Qeyd edək ki, 22 yaşlı oyunçu “Qalatasaray”ın heyətində indiyədək 5 oyunda forma geyinsə də, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
- "Fənər" Edersona təklif göndərdi, "Qalatasaray" azarkeşləri Dursun Özbeki istefaya səslədi
- Millimizin baş məşqçisi: "Çalışmalıyıq ki, hər bir oyunda gözəl oyun göstərək və qalib gələk"
- XIV tura yekun vurulub
- AL: “Qalatasaray”dan qələbə, “Fənərbaxça” məğlub oldu - YENİLƏNİB
- Şahruddin oynadı, komandası "Qalatasaray"a məğlub oldu - VİDEO
0
0