"Liverpul"un futbolçusu Harvi Elliott karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Qalatasaray" ingiltərəli hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
"Sarı-qırmızılar" danışıqlar aparmaq üçün Elliottu meneceri ilə birlikdə İstanbula gətirib. "Aslanlar" 22 yaşlı oyunçunu icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, Harvi Elliottu 2019-cu ilin yayında "Fulhem"in akademiyasından transfer edib. İngiltərə U-21 millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Güləş üzrə ölkə çempionatı Qazaxda keçiriləcək - İLK DƏFƏ
- Laurentsiu Regekampf: “Hesab ədalətli idi”
- I Liqa klubunda yeni müqavilə - RƏSMİ
- Millimizin sabiq forvardı: “Azərbaycan millisi daim qol imkanları yaratmalı, qol vurmalıdır”
- “Qarabağ” - “Ayntraxt” oyunu ilə əlaqədar metronun iş saatı uzadılacaq