"Qalatasaray" - PAOK matçının hakimi bəlli olub
23.09.2024 - 15:10

Super Liqa təmsilçilərindən " Qalatasaray" UEFA Avropa Liqasının liqa mərhələsinin ilk oyununda PAOK-la qarşılaşacaq .
Apasport.az xəbər verir ki, qarşılaşmanı ispaniyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi ispaniyalı Alexandro Hernandez olacaq. İspaniyalıya Xose Naranxo və Dieqo Sançez Roxo kömək edəcək.
Jose Luis Munuera 4-cü hakim, Gilyermo Kuadra isə VAR hakimi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma 25 sentyabr 23:00-da "Rams Park"da baş tutacaq.
- "Zirə"nin qapıçısı: “Neftçi” ilə görüşdə qələbə qazanmaq istəyirik"
- Yığmamızın baş məşqçisi: “Beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik”
- “Neftçi” legioneri ilə yollarını ayıracaq
- Azərbaycan Güləş Federasiyasının rəsmiləri Goranboy rayonuna səfər ediblər
- Krakov-2023: Yığmamızdan üç bürünc - YENİLƏNİB
0
0