“Qalatasaray” polşalı qolkiperlə danışıqlar aparır
17.05.2025 - 16:16
“Qalatasaray” polşalı qolkiperlə danışıqlar aparır

“Qalatasaray” heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu Fransa təmsilçisi “Nitsa”da çıxış edən Marçin Bulka ilə maraqlanır.

“Qalatasaray”ın 25 yaşlı polşalı qolkiper üçün danışıqlara başladığı bildirilir.

Bulka bu mövsüm 39 oyunda 55 qol buraxıb, 7 matçda isə qapısını toxunulmaz saxlayıb.