"Ali Koç və dəstəsi. Mən həyatımda belə prezident görməmişəm".
Apasport.az xəbər verir ki, bu sözləri "Qalatasaray" klubunun İdarə Heyətinin üzvü Süheyl Batum deyib.
O, Ali Koçun açıqlamalarına reaksiya bildirib:
"Açıqlamalarında "şərəfsizlər, alçaqlar, oğrular", - deyə xitablar edir. "Qalatasaray" rəhbərliyinin buna reaksiya verməməsini haqlı sayıram. Bu cür adamlarla eyni səviyyəyə düşməmək lazımdır. Mütləq. "Yox, şərəfsiz sənsən", deməyin bir mənası yoxdur. Bunu Ali Koç üçün demirəm. Amma bizdə bir atalar sözü var:
“Mən deyilənə baxaram, sözdümü deyə, deyənə baxaram, adamdımı deyə?”
Bunu sırf "Fənərbaxça" prezidenti üçün demirəm. Lakin dediyim atalar sözünü belə çevirə bilərik: deyilən sözləri kimin söylədiyinə baxaram. Ali Koçun, sözləridir, yoxsa Acun Ilıcalının... Nə olursa olsun, bu səviyyəyə düşməməliyik".
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Kəmaləddin Heydərov: Azərbaycan qlobal idman yarışlarına mükəmməl ev sahibliyi etməklə güclü idman mərkəzi kimi tanınır
- Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb
- Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub
- “Qarabağ”ın rəqibindən inamlı qələbə