"Qalatasaray" Türkiyə millisinin üzvü ilə maraqlanır
28.01.2025 - 14:12
!["Qalatasaray" Türkiyə millisinin üzvü ilə maraqlanır](https://ww3.apasport.az/storage/news/2025/january/28/big/6798adc1bad496798adc1bad4a17380592016798adc1bad476798adc1bad48.png)
Super Liqa təmsilçilərindən "Qalatasaray" üçün sürpriz transfer iddiası gündəmə gəlib.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" Türkiyə millisinin üzvünü icarəyə götürmək üçün hərəkətə keçib.
"Qalatasaray" "Roma"da çıxış edən Zeki Çeliki heyətinə cəlb etmək istəyir.
Zeki Çelik bu mövsüm "Roma"nın heyətində 27 oyun keçirib, 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, qış transfer dövründə yalnız Ahmed Kutucu ilə müqavilə imzalayan "Qalatasaray"da transfer çalışmaları davam edir.
0
0