“Qalatasaray’da ayrılıq
11.10.2023 - 11:42
“Qalatasaray’la yollarını ayıracaq ilk oyunçunun adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, “sarı-qırmızılılar”ın baş məşqçisi Okan Buruk Serxio Oliveyranı gələcək planları arasında görmür.
Portuqaliyalı yarımmüdafiəçinin ötən mövsümün sonundan transfer xəbərləri gündəmdə olsa da, o komandada qalıb. Buna baxmayaraq, heyətdə yerini möhkəmlədə bilməyən Sergio baş məşqçi tərəfindən gözdən çıxarılıb.
Qeyd edək ki, “cimbom” 31 yaşlı təcrübəli futbolçunun transferiylə bağlı Səudiyyə Ərəbistan klubları ilə danışıqlar aparır.
- Cüdo üzrə Bakı çempionatında ilk günə yekun vurulub
- "Sumqayıt"ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib
- "Qalatasaray" futbolçusunu göndərdi - Rəsmi
- Azərbaycan idmançıları Avropa çempionatında uğurla çıxış ediblər - FOTO
- Arif Əsədov: “Qarabağ” səfərdə də qalib gəlməyə qadir komandadır”
0
0