“Qalatasaray”da iki yeni müqavilə
04.08.2025 - 22:35
"Qalatasaray" daha iki futbolçusu ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, klub Yunus Akgün və Davinson Sançezi komandada saxlayıb.
Onların hər ikisi ilə yeni müqavilə imzalanıb.
Hər iki oyunçunun sözləşmə müddəti 4 illik nəzərdə tutulub. Klub futbolçularla 3+1 illik anlaşma əldə edib.
Qeyd edək ki, Akgün "Qalatasaray"ın öz yetirməsidir. Sançez isə 2023-cü ilin yayında "Tottenhem"dən "Cimbom"a transfer olunub.
- Daha bir idmançımız Dünya Kubokunda iştirak edib
- Bu gün "Böyük Dəbilqə"də 4 cüdoçumuz mübarizə aparacaq
- Millimizin baş məşqçisi: “Məqsədimiz III MDB Oyunlarında birinci olmaqdır”
- “Neftçi” – “Qarabağ” matçında mövsümün rekordu qeydə alınıb
- Azərbaycanın taekvondo klubu Avropa çempionatında ikinci olub
0
0