“Qalatasaray” azarkeşlərinə daha bir müjdəli xəbər Tanquy Ndomebeledən gəlib.
Apasport.az xəbər verir ki, yayda “Tottenhem”dən icarə əsasında komandaya qoşulan fransız futbolçu oyunu ilə tənqidlərə tuş gəlirdi.
Amma milli komandaların oyunları üçün verilən fasiləni yaxşı dəyərləndirən 26 yaşlı yarımmüdafiəçinin məşqlərdə istəkli olması məşqçilər heyətinin sevincinə səbəb olub. Hətta baş məşqçi Okan Buruk futbolçu ilə görüşərək ona güvəndiyini və bu şəkildə davam edəcəyi halda qarşıdakı oyunlarda iştirak etmək şansının artdığını deyib. İstedadlı oyunçunun motivasiya problemi yaşadığını düşünən baş məşqçi çətin matçlarının olduqlarını vurğulayaraq hazır bir Ndombelenin komandaya çox böyük fayda verəcəyinə inanır.
Qeyd edək ki, artıq çəkidən də əziyyət çəkən orta xətt oyunçusu bu mövsüm 7 matçda cəmi 123 dəqiqə meydanda olub.
- "Zirə" rəhbərliyi Türkiyə Futbol Federasiyasının prezidenti ilə görüşdü
- “Neftçi” və “Qəbələ”nin fərqli şakəri, “Qarabağ”la “Zirə”də nisbi tarazlıq
- Millimiz Portuqaliya ilə cavab oyununa çıxacaq - YENİLƏNİR
- Ançelotti "Real"da baş məşqçi kimi 150-ci qələbəsini qazanıb
- “Araz-Naxçıvan”ın oyunçusu: "Tapşırığı yerinə yetirməli, hədəfə çatmalıyıq”