“Qalatasaray”da yeni müqavilə - RƏSMİ
10.12.2024 - 19:28
![“Qalatasaray”da yeni müqavilə - RƏSMİ](https://ww3.apasport.az/storage/news/2024/december/10/big/67585e88d90e667585e88d90e7173384461667585e88d90e467585e88d90e5.jpeg)
"Qalatasaray" Metehan Baltacı ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, klub futbolçu ilə müqavilə müddətini uzadıb.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı mərkəz müdafiəçisi 2027/28 mövsümünün sonuna kimi "sarı-qırmızılar"a məxsus olacaq.
Qeyd edək ki, Baltacı "Qalatasaray"ın yetirməsidir.
0
0