Qış transfer çalışmalarına davam edən "Qalatasaray"da sürpriz bir həmlə də gələ bilər.
Apasport.az xəbər verir ki, klub ehtiyac olan mövqeləri gücləndirməkdən əlavə, potensial ulduz futbolçu transferi üçün də bazarın nəbzini yoxlayır.
Mövsümün əvvəlində Osimheni heyətinə qataraq dünya futbol ictimaiyyətinin diqqətini öz üzərinə çəkən "cimbom" indi də PSJ forması geyinən Marko Asensionu "aslan" etmək niyyətindədir.
İnsayder Yağız Sabuncuğlunun paylaşımına görə, İstanbul təmsilçisi artıq ulduz futbolçu üçün Fransa klubuyla danışıqlara başlayıb və mümkün transfer şərtlərini soruşub.
Əgər şərtlər uyğun olsa, Asensio mövsümün qalan hissəsində sarı-qırmızılıların uğurları üçün çalışacaq.
Qeyd edək ki, Marko bu sezon PSJ formasıyla çıxdığı 15 matçda 2 qol və 4 assistlə yadda qalıb.
- Sumqayıtın futbolçusu: "Ümid edirik ki, azarkeşlər hər oyun stadionu dolduracaq" -Müsahibə
- Super Liqa klubunda ayrılıq - RƏSMİ
- “Fənərbaxça” və “Milan”a "yox" dedi, Səudiyyə Ərəbistanında çıxış edəcək
- Valdas Dambrauskas: "Eyni rəqibə qarşı ardıcıl 2 dəfə oynamaq çətindir"
- Elnur Çodarov: “Günahkar İliçdir”