Türkiyənin "Qalatasaray" klubu yay transfer pəncərəsində heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Gedson Fernandesin transferi ilə bağlı Rusiyanın "Spartak Moskva" klubu ilə danışıqlara başlayıb.
"Sözcü" nəşrinin məlumatına görə, "Qalatasaray" portuqaliyalı yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır. 27 yaşlı futbolçunun özü də Türkiyəyə qayıtmağa isti baxır.
Hazırda tərəflər arasında müzakirələrin davam etdiyi bildirilir.
Qeyd edək ki, Gedson Fernandes 2022-2025-ci illərdə Beşiktaşın formasını geyinib. Daha sonra o, "Spartak Moskva"ya transfer olunub.
- "Yuventus" Poqbanı yola sala bilər - SƏBƏB
- Cüdoçularımız Almaniyada turnirdə iştirak edəcəklər
- Okan Buruka tərif dolu sözlər: "Tezliklə Avropaya gedəcək"
- Yığmamızın Çexiya və Şotlandiya ilə oyunlar üçün heyəti açıqlanıb
- Millimizin baş məşqçisi: “Qazaxıstanla oyunları yüksək səviyyədə keçirməyə çalışacağıq”