“Qalatasaray”dan növbəti transfer bombası: MENECERİ İSTANBULA GƏLİR
15.06.2025 - 14:32
"Qalatasaray" daha bir ulduz futbolçunu heyətinə qatmaq niyyətindədir.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" Hakan Çalhanoğlunu transfer etməyə yaxındır.
Xarici KİV-də yer alan məlumata görə, Türkiyə millisinin yarımmüdafiəçisinin meneceri Qordon Stipiç İstanbula gələcək. Buna səbəb tərəflər arasında danışıqlar prosesinin başlaması olacaq.
Qeyd edək ki, Hakan bu mövsüm "İnter" formasında 47 oyunda 11 qol, 8 assistlə yadda qalıb.
- Azərbaycan klubu fransalı hücumçunu gətirdi
- Qadın boksçularımız MDB Oyunlarını 10 medalla başa vurublar - FOTO - YENİLƏNİB
- “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
- “Sabah”dan ayrıldı - Rusiya klubuna transfer oldu
- Jurnalistlərin Belarus – Azərbaycan oyununa PROQNOZU
0
0