“Qalatasaray” heyətini El-Şaday Bitşiabu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, İstanbul klubu 21 yaşlı müdafiəçinin icarəsi ilə bağlı həm futbolçu, həm də onun müqavilə ilə məxsus olduğu “Leyptsiq”lə rəsmi danışıqlara başladığını açıqlayıb.
Məlumata görə, tərəflər arasında satınalma hüququnun da yer aldığı icarə razılaşması üzərində danışıqlar gedir.
Fransalı futbolçunun artıq İstanbula yollandığı və tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, El-Şaday Bitşiabu PSJ-nin yetirməsidir. O, 2023-cü ildə Paris klubundan “Leyptsiq”ə keçib. Fransalı müdafiəçi ötən mövsüm Almaniya təmsilçisinin heyətində 14 oyunda meydana çıxıb.
- "Sumqayıt"da "yarpaq tökümü" - komandada kütləvi ayrılıq
- “Sumqayıt”ın məşqçisi: “Belə şeylərə görə xallar itiririk”
- UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi start götürüb
- Elmar Baxşıyev: "Hər iki cəbhədə oynamağa çalışacağıq"
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”