“Porto”nun yarımmüdafiəçisi Sergio Oliveyranın transferinə hazırlaşan “Qalatasaray” bir futbolçusu ilə yollarını ayırmaq üzrədir.
Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi Markao böyük ehtimalla karyerasını İspaniyada davam etdirəcək.
Çünki Türkiyə klubu ilə “Sevilya” arasında aparılan danışıqlar müsbət yekunlaşıb. 26 yaşlı “sambaçı” “cim-bom”un Avstriya toplanışına cəlb edilməyəcək. Çünki Markao “Sevilya”da tibbi müayinədən keçmək üçün İspaniyaya yollanacaq. Transferin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Markao 2019-cu ildən “Qalatasaray”da çıxış edir.
- "Mançester Yunayted"in satışı iyuna saxlanıldı
- "Neftçi"nin yeni baş məşqçisi: "Azarkeşləri yenidən tribunalara qaytaracağıq"
- Qurban Qurbanov: “Bəzi klublar üçün bir sıra problemlər olacaq”
- Xəzər İsayevin 60 illik yubileyi qeyd olundu
- Ulu Öndərin xatirəsinə həsr olunan beynəlxalq turnirin qalibi bəlli olub - FOTO