Sabah Səudiyyə Ərəbistanında keçiriləcək Superkubok matçı "Qalatasaray" üçün əla fürsət ola bilər.
Apasport.az xəbər verir ki, “Qalatasaray”ın 5 ulduz futbolçusu Səudiyyə Ərəbistanı komandalarının radarına düşüb.
Son vaxtlar transfer məbləği və futbolçulara verilən maaşlarla gündəmdə olan Səudiyyə Ərəbistanı komandalarının diqqəti indi də "Qalatasaray"ın ulduzlarındadır.
İddialara görə, ərəblərin maraqlandığı oyunçuların başında Hakim Ziyeş gəlir. Yay transfer sezonunda səudiyyəlilərin hədəfində olan Mauro İkardi də sabahkı oyunda diqqət mərkəzində olacaq.
Bundan başqa Zaha, Kerem Aktürkoğlu və Abdülkerim Bardakçı da final oyununda yaxından izləniləcək futbolçular siyahısındadır.
Qeyd edək ki, "Fənərbaxça" və "Qalatasaray" arasında baş tutacaq Superkubok matçı sabah Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
- İsrailli qolkiper Haalandın iki penaltisini qaytarıb
- Super Liqada mövsümün ilk istefası - RƏSMİ
- Veysəl Rzayev: "Qarabağ"a qarşı daha da ciddi hazırlaşacağıq" - Müsahibə
- Avropa Oyunlarında medalı təmin edən idmançımız: “Məqsəd finalda da qələbə qazanmaqdır”
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb