"Qalatasaray"ın daha bir futbolçusu üçün təklif var
07.08.2024 - 19:54
!["Qalatasaray"ın daha bir futbolçusu üçün təklif var](https://ww3.apasport.az/storage/news/2024/august/07/big/66b36ab837b3b66b36ab837b3c172303429666b36ab837b3966b36ab837b3a.jpg)
Vilfred Zaha üçün təklif gözləyən "Qalatasaray"ın qapısını döyən ilk klub "Əl İttihad" olub.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi futbolçu üçün 5 milyon avrosundan keçməyə hazırdır.
"Sarı-qırmızılar" isə Zaha üçün ən azı 10 milyon avroluq təklif istəyir. 31 yaşlı futbolçunun klubla müqaviləsi 2026-cı ilə qədərdir.
Qeyd edək ki, Vilfred Zaha İstanbul təmsilçisinin heyətində ümumilikdə 43 matça çıxıb, 10 qol, 5 qol ötürməsi ilə yadda qalıb.
0
0