“Qalatasaray”ın hücumçusuna Fransadan təklif
18.07.2022 - 11:28
“Qalatasaray”ın hücumçusu Mustafa Məhəmməd Fransaya köçə bilər.
Apasport.az saytının məlumatına görə, “Nant” 24 yaşlı forvardın xidmətində maraqlıdır.
Bu mövsüm Avropa Liqasında mübarizə aparacaq “Nant” heyətinə iki yeni hücumçu cəlb etmək istəyir. Fransızların gündəmində olan qolçulardan biri də Məhəmməddir. Liqa1 təmsilçisi Misir millisinin üzvünü sonradan transfer etmək şərtilə birillik icarəyə götürməyə çalışır.
Qeyd edək ki, son il yarımı icarə əsasında “Qalatasaray”da keçirən Mustafa Məhəmmədi Türkiyə klubu bu ayın əvvəlində “Zamalek”dən birdəfəlik transfer edib.
- “Fənərbaxça”da yenidən Aziz Yıldırım səsləri - Namizədliyini açıqladı
- “Mançester Yunayted”dən 50 milyonluq təklif
- Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər
- Rəşad Sadıqov: "Buraxdığımız səhvlər mövsümün sonunda həlledici olduğunu göstərdi" - VİDEO
- Voleybol üzrə ölkə çempionatının növbəti oyunlarına start veriləcək
0
0