!["Qalatasaray"ın müdafiəçisi "Bavariya"da - Rəsmi](https://ww3.apasport.az/storage/news/2024/january/28/big/65b61d86abc6d65b61d86abc6e170643392665b61d86abc6b65b61d86abc6c.jpg)
"Qalatasaray"ın müdafiəçisi Saşa Boenin "Bavariya"ya keçidi rəsmiləşib.
Apasport.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
"Bavariya" fransalı futbolçu üçün Türkiyə klubuna 30+5 milyon avro transfer məbləği ödəyəcək. Bundan əlavə, müqaviləyə əsasən komandalar arasında iki yoldaşlıq oyunu keçiriləcək və gəlirin 50 faizi "Qalatasaray"a çatacaq.
Futbolçu Almaniya klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb.
Qeyd edək ki, "Qalatasaray" Saşa Boeni 2021-ci ilin yayında "Renn"dən transfer edib. 23 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol vurub.