“Qalatasaray”ın oyunçusu Super Liqada klubunu dəyişəcək
30.12.2025 - 14:48
“Qalatasaray”ın futbolçusu Berkan Kutlu Türkiyə Super Liqasında klubunu dəyişməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi “Konyaspor”la razılığa gəlib. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
Qeyd edək ki, Berkan Kutlu bu mövsüm “Qalatasaray”ın heyətində çıxdığı 9 rəsmi oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Türkiyə millisinin AVRO-2024-dən əldə etdiyi gəlir açıqlandı
- Bayılda hesab açılmadı - YENİLƏNİB
- Qyoko Hacıyevski: “Santuş nəticə verə bilmirsə, başqa işlərdə...”
- Yunanıstan kubokunun yarımfinalı Əliyar Ağayevə tapşırıldı
- Estoniya – Azərbaycan oyunu öncəsi keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub
0
0