"Qalatasaray"ın yeni hədəfi müəyyənləşib
09.06.2024 - 12:22
!["Qalatasaray"ın yeni hədəfi müəyyənləşib](https://ww3.apasport.az/storage/news/2024/june/09/big/66655ae0e23b466655ae0e23b5171791843266655ae0e23b266655ae0e23b3.jpg)
"Qalatasaray" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi son mövsümü icarə əsasında "Börnli"də keçirmiş Lorents Assinyonu transfer etmək istəyir.
"Sarı-qırmızılar" 23 yaşlı sağ cinah müdafiəçisini yay təlim-məşq toplanışına kimi tamamlamağa çalışır.
Qeyd edək ki, Lorents Assinyon müqavilə ilə "Renn"ə məxsusdur. Fransalı futbolçu 2023/2024 mövsümünü icarə əsasında "Börnli"də keçirib. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0