"Qalatasaray"lı futbolçu Rusiya klubu ilə anlaşıb
15.08.2024 - 13:33
!["Qalatasaray"lı futbolçu Rusiya klubu ilə anlaşıb](https://ww3.apasport.az/storage/news/2024/august/15/big/66bdc9076032e66bdc9076032f172371379966bdc9076032c66bdc9076032d.jpg)
Superliqa təmsilçilərindən “Qalatasaray”ın futbolçusu Kerem Aktürkoğlu karyerasını Rusiyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi “Spartak”la razılaşıb. Onun Moskva təmsilçisi ilə 4 illik müqavilə imzalayacağı gözlənilir.
Kerem 2020-ci ildən “Qalatasaray”da çıxış edir. O, “cim-bom”la 175 oyunda 44 qol vurub, 39 məhsuldar ötürmə edib.
0
0