Qalib gələn baş məşqçini istefaya göndərdilər
26.03.2025 - 13:22
Qalib gələn baş məşqçini istefaya göndərdilər

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) millisi portuqaliyalı baş məşqçisi Paulo Bentonu istefaya göndərilib.

Apasport.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xisməti məlumat yayıb.

Xatırladaq ki, təcrübəli mütəxəssisin rəhbərlik etdiyi komanda ötən gün DÇ-2026 Asiya zonasının seçmə mərhələsində Şimali Koreya futbolçularına 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki,finişə iki tur qalmış BƏƏ millisi A qrupunda ikinci yeri tutan Özbəkistandan 4 xal geri qalaraq 3-cü yerdədir və mundiala birbaşa vəsiqə qazanmaq şanslarını qoruyub saxlayır.