"Qarabağ"ın futbolçusu oynadı, millisi qələbə qazandı
18.11.2024 - 09:56
!["Qarabağ"ın futbolçusu oynadı, millisi qələbə qazandı](https://ww3.apasport.az/storage/news/2024/november/18/big/673ad6bb84d5d673ad6bb84d5e1731909307673ad6bb84d5b673ad6bb84d5c.png)
“Qarabağ”ın futbolçusu Yassin Benzianın formasını geyindiyi Əlcəzair yığması Afrika Millətlər Kubokunda növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, sözügedən komanda Liberiya ilə qarşılaşıb. Matç əlcəzairlilərin qələbəsiylə başa çatıb – 5:1.
Benzia bu görüşdə 84-cü dəqiqədə meydana çıxıb.
Əlcəzair yığması E qrupunu 16 xalla lider bitirib. Komanda növbəti mərhələyə vəsiqə əldə edib.
0
0